<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Bu dünya boğulur günah içində,
 O, çirkab içində, o, qan içində.
 Biri digərinə hey qara yaxır,
 Biri digərində günah axtarır.
 Öz gözündə tiri görməyir heç kəs,
 Bir özgə gözündə tükü axtarır.
 Axtarır günahı hər kəs qonşuda
 Hamı dərd, kədər içində.

[V2]
 Uşaqlar evlərdə böyüyür məğrur,
 Onlarda təkəbbür, onlarda qürur.
 Dünya kor eyləmiş baxan gözləri,
 Bu dünya boğulur çirkab içində.
 Körpə uşaqların atır analar
 Tanımır övlad da daha atasın.
 İxtiyar qocalar baxımsız qalır,
 Onlar dərd, kədər içində.

[V3]
 Bürümüş laqeydlik çox cavanları
 Gəncləri bürümüş bir ümidsizlik.
 Təsəlli tapmırlar onlar həyatda
 Boğulur bu dünya günahda.
 Vaxtın necə gəlib, necə keçdiyin,
 Ömrün də faydasız ötüb getdiyin,
 Dünyaya nə üçün gəlib - getdiyin,
 Bircə an düşünmür, anlamır insan.
 Özü də bilmədən, heç anlamadan,
 Yaşayır bu insan dəhşət içində,
 Bu dünya boğulur günah içində.</lyrics>
<title>Bu dünya boğulur günah içində İL394</title>
<hymn_number>394</hymn_number>
</song>